Ankarada Rəsulzadə adına liseyin binası söküldü – Foto

Ankarada Rəsulzadə adına liseyin binası söküldü – Foto

Ankarada Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan liseyin binası sökülüb.

AzerTimes xəbər verir ki, liseyin şagirdləri hazırda müvəqqəti olaraq başqa binada oxuyurlar.

Məktəbdən verilən məlumata görə, söküntüyə səbəb zəlzələyə davamlı olmayan binanın uçmaq təhlükəsi ilə üzləşməsidir.

Yeni binanın inşası 2023-cü ilin büdcəsində nəzərdə tutulub. Bina tikiləndən sonra liseyin yenə də Rəsulzadənin adını daşıyacağı güman edilir.

Qeyd edək ki, Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə liseyi 1993-1994-cü təhsil ilindən etibarən fəaliyyət göstərib.

Məktəb Ankaranın Keçiören rayonunun Fethiye Kemal Mumcu Anadolu liseyindən və digər bölgələrdən gələn 483 şagird, iki idarəçi və 4 müəllimlə birlikdə fəaliyyətə başlayıb, hazırda Türkiyənin paytaxtında təhsilinin keyfiyyətinə görə ikinci yerdədir. Hazırda liseydə 605 şagird, üç idarəçi və 52 müəllim çalışır.

Teqlər: