Ankarada Putinlə Ərdoğanın görüşü baş tutdu

Ankarada Putinlə Ərdoğanın görüşü baş tutdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.  

Görüş Beştəpədəki prezident iqamətgahında keçirilir.

Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər ikitərəfli əməkdaşlığın inkişafına dair aktual məsələləri müzakirə edəcək, gündəmdə olan regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparacaqlar.