Türkiyə polisi Ankarada PKK/KCK-nın “mətbuat xidməti”nə qarşı əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əməliyyatlar çərçivəsində 11 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlar terror təşkilatının təbliğatında ittiham olunub.
Şübhəli şəxslərdən 9-u terror təşkilatının üzvü olduğu üçün həbs edilib. Digər 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.