Ankarada Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun müəssisəsində partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, partlayış nəticəsində bir nəfər həyatını itirib.
Partlayışa kimyəvi tullantıların səbəb olduğu ehtimal olunur.