Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam səmtinin Şahinlər məhəlləsi yaxınlığında meşə yanğını baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, əraziyə iki yanğınsöndürən helikopter yönəldilib. Alovun yayılmasının və ətraf məhəllələrə keçməsinin qarşısını almaq üçün qruplar yanğına havadan və qurudan müdaxilə edir.
Külək səbəbiylə alovların yayıldığı Dəmirlər kəndi ehtiyat tədbiri olaraq boşaldılıb.