Ankarada İsveç səfirliyi qarşısında mitinq keçirildi

Ankarada İsveç səfirliyi qarşısında mitinq keçirildi

Türkiyədə fəaliyyət göstərən yüzlərcə qeyri-hökumət təşkilatının dəstəyi, eləcə də ölkənin dini ictimaiyyətinin iştirakı ilə İsveçin Ankaradakı səfirliyi qarşısında yürüş-mitinqi keçirilib.

AzerTimes xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən təşkil olunan yürüş-mitinqin iştirakçıları İsveçin paytaxtı Stokholmda “Qurani-Kərim”ə qarşı həyata keçirilən təhqiredici hərəkətə etirazlarını nümayiş etdiriblər.

Etirazçılar dini və milli irqçiliyə qarşı müxtəlif şüarlar səsləndiriblər.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını oxuyub.

Bəyanatda qeyd edilib: “İslam sülh və məmnunluq deməkdir. İslama qəsd insanlığa qarşı qəsddir. Bu qəsd qəbuledilməzdir! Müqəddəs Kitabımız toxunulmazdır”.

Teqlər: