Türkiyənin paytaxtı Ankarada İŞİD-ə qarşı keçirilən “Qəhrəmanlar-48” əməliyyatı zamanı 15 əcnəbi saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.
Nazir terrorizmə qarşı əməliyyatların fasiləsiz, daim həyata keçiriləcəyini də bildirib.