Türkiyənin paytaxtı Ankaranın Yeniməhəllə səmtində güclü sel daşqınları olub.
AzerTimes xəbər verir ki, daşqınlar bölgədə həyatı iflic edib. Küçələri, parkları, hətta yaşayış evləri və binalarını su basıb.
Şəntəpə məhəlləsində isə səhər saatlarından başlayan güclü yağışdan sonra yaşayış binasını su basıb. Binanın 2-ci mərtəbəsindəki mənzili dolduran yağış suyu eyvandan çıxıb. Hadisə zamanı su basan mənzilin boş olub-olmadığı məlum olmasa da, evdəki əşyalar yağış suyu ilə birgə axına qarışıb.