Ankarada bu parka Paşayevanın adı verildi

Ankarada bu parka Paşayevanın adı verildi

Ankarada mərhum millət vəkili Qənirə Paşayevanın adı parka verilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş Üfüq (Ufuk) Universiteti küçəsində salınan parka bir müddət əvvəl dünyasını dəyişən azərbaycanlı millət vəkili Qənirə Paşayevanın adının verilməsi ilə bağlı ABB Məclisinə müraciət edib. Müraciət yekdilliklə qəbul edilib.

Artıq Ufuk Universiteti küçəsində yeni salınan park Qənirə Paşayevanın adını daşıyır.

Teqlər: