Bu hücumun arxasındakı gücləri tapacaq və onlara ən ağır cəza verəcəyik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbuldakı terror hadisəsilə bağlı açıqlamasında deyib.
“Beynəlxalq ictimaiyyət bilməlidir ki, mülki insanlarımıza qarşı bu hücumlar bəzi ölkələrin terror təşkilatlarına verdiyi dəstəyin nəticəsidir. Bu ölkələr Türkiyənin dostluğunu istəyirlərsə, terrora verdikləri birbaşa və dolayı dəstəklərini kəsməlidirlər”, – Altun bildirib.