Rusiya və Türkiyənin əməkdaşlıqdan, münasibətlərin inkişafı, qarşılıqlı anlaşma və dəstəkdən başqa yolu yoxdur.
AzerTimes xəbər verir ki, bunu Türkiyəli istefada olan general, hərbi ekspert Yücel Karauz deyib.
“Bizim (Ankara və Moskvanın – red.) əməkdaşlıqdan, münasibətlərin inkişafından, qarşılıqlı anlaşmadan və dəstəkdən başqa yolumuz yoxdur. Hər iki ölkədə fərqli baxış nöqtələrinə baxmayaraq, Ərdoğan və Putin bunu digərlərindən daha yaxşı başa düşürlər. Düşünürəm ki, Türkiyə və Rusiya Qarabağda, Suriyada və Liviyada birgə işləməli və bununla da dünyada sülhün təmin olunmasına töhfə verməlidir”, – o bildirib.
Karauzun sözlərinə görə, Türkiyə-Rusiya münasibətləri hazırda tarixi inkişafının pik nöqtəsindədir.
Bu xüsusda o xatırladıb ki, son iki yüz il ərzində iki ölkə dəfələrlə bir-birinə qarşı çıxıb, mübarizə aparıb və münasibətlərdə kritik dövrlər yaşayıb.