Pakistanın Ravalpindi şəhərində Türkiyə Quru Qoşunlarının komandanı, general-leytenant Vəli Tarakçının pakistanlı həmkarı general Kamar Cavid Bacvı ilə görüşü baş tutub.
AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığı, regional təhlükəsizliyi və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.
C.Bacvının sözlərinə görə, Pakistan Türkiyə ilə qardaşlıq münasibətlərini yüksək qiymətləndirir.
Görüşdə həmçinin 2018-ci ildə Türkiyə və Pakistan arasında 4 ədəd MİLGEM korvetinin istehsalı ilə bağlı imzalanmış razılaşma da nəzərdən keçirilib.
Qeyd edək ki, ilk MİLGEM koveti Pakistan Hərbi Dəniz Qüvvələrinə 2023-cü ildə təhvil veriləcək.