Ankara Vaşinqtonun bu istəyini geri çevirdi – KİV

Ankara Vaşinqtonun bu istəyini geri çevirdi – KİV

Türkiyəni Suriyanın şimalında əməliyyatdan çəkindirmək üçün amerikalı rəsmilərin Ankaradakı həmkarları ilə danışıqları heç bir nəticə verməyib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” jurnalı məlumat yayıb.

“Bu vəziyyət ABŞ Prezidenti Co Bayden administrasiyası üçün diplomatik böhrandır. Çərşənbə günü Pentaqon rəhbəri Lloyd Ostin Türkiyə ordusunun Suriyaya genişmiqyaslı hücumunun qarşısını almaq üçün Türkiyə tərəfi ilə telefon danışıqları aparıb. Bundan başqa, ABŞ-ın Suriya üzrə keçmiş xüsusi təmsilçisi Ceyms Cefri Türkiyə milli müdafiə naziri Hulusi Akarla şəxsən görüşmək üçün Ankarada olub. Bütün bunlara baxmayaraq, danışıqlar heç bir nəticə verməyib”, – nəşr yazıb.

Teqlər: