Ankara danışıqlar prosesinin hər mərhələsində Rusiya və
Ukraynanın mövqelərinin daha da yaxınlaşmasını alqışlayır.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu Rusiya və Ukrayna nümayəndə heyətlərinin
İstanbuldakı danışıqlarının yekunları üzrə dayib.
Onun sözlərinə görə, İstanbulda aparılan danışıqlarda bir sıra
məsələlərdə razılaşma və mövqelərin yaxınlaşması qeydə alınıb. “Rusiya və Ukrayna ən mühüm irəliləyişə nail olublar”, – deyə XİN
rəhbəri bildirib.
M.Çavuşoğlu ölkəsinin Rusiya-Ukrayna danışıqlarının təşviqinə
verdiyi töhfədən məmnunluğunu ifadə edib.
“Kiyev və Moskva arasında danışıqların gündəliyindəki daha
mürəkkəb mövzulara Ukrayna və Rusiya xarici işlər nazirləri növbəti
mərhələlərdə baxacaqlar. Bundan sonra iki ölkə prezidentlərinin
görüşü gündəmə gələcək”, – deyə XİN rəhbəri əlavə edib.