Türkiyə Rusiyadan üz döndərməyib, Ankara rəsmi Moskva ilə şəffaf danışıqları dəstəkləyir.
AzerTimes xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
“Türkiyənin Rusiyadan üz döndərib, tamamilə Qərbə üz tutması fikri doğru deyil. Türkiyə beynəlxalq və regional güc olaraq tarazlıq siyasətini davam etdirəcək. Bu kontekstdə Türkiyə Rusiya Prezidenti Putinlə şəffaf danışıqları, eləcə də Qərb və Avropa ilə əlaqələri inkişaf etdirməyə davam edəcək”, – mənbə bildirib.