Türkiyə Ukrayna sülh sammitinə dəstək verən milli təhlükəsizlik müşavirlərinin üçüncü beynəlxalq toplantısına ev sahibliyi etməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Görüş oktyabrın sonunda İstanbulda Səudiyyə Ərəbistanında son danışıqlara bənzər formada Rusiyanın iştirakı olmadan keçiriləcək. İştirakçılar Ukraynada davamlı sülhə nail olmaq üçün ideyaları müzakirə edəcəklər. Məhdud sayda rəsminin iştirak edəcəyi gözlənilir, lakin qrupa ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da daxil olacaq. Rusiya isə dəvətli deyil”, – məlumatda deyilir.