Ankara ilə İzmir arasındakı məsafə 3,5 saata enəcək

Ankara ilə İzmir arasındakı məsafə 3,5 saata enəcək

Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək.

AzerTimes “TurkicWorld”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqədir Uraloğlu deyib.

Nazir Uraloğlu Ankara-İzmir Yüksək Sürətli Qatar Layihəsi ilə bağlı açıqlama verib.

“Eşmə ilə Salihli arasındakı 3 min 47 metr uzunluğundakı “T1” tuneli türk podratçı və mühəndislərinin nəyə nail ola biləcəyini dünyaya göstərdi. Bu tunel iki şəhər arasında səyahət müddətini 3 saat 30 dəqiqəyə endirəcək”, – deyə Uraloğlu bildirib.

O qeyd edib ki, Eşmə ilə Salihli arasındakı hissənin uzunluğu 22 min 730 metr olan 25 tunellə xəttin ən çətin hissələrindən biridir və buradakı 25 tuneldən 7-si tamamlanıb.

“T1” tuneli 3 min 47 metr uzunluğu ilə Eşme-Salihli arasındakı ən uzun və Türkiyədə TBM (tunel açma maşını) ilə açılan ən böyük diametrə sahib tuneldi”, – o bildirib.

Teqlər: