Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə deyil, fürsətdir.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
“İdxal baxımından Türkiyə ilə sərhəd çoxdan açıqdır. Türkiyə istehsalçılarının Ermənistanda məhsullarını satmaqda heç bir problemi yoxdur və uzun müddətdir ki, bununla məşğuldurlar.
Ermənistanın Türkiyəyə nə ixrac edə biləcəyi ilə bağlı suala Kerobyan cavab verib ki, qonşu ölkədə ərzaq, tekstil, zərgərlik, almaz istehsalı, yüksək texnologiyalar tələb olunur:
“Bizim demək olar ki, bu sahələrin hər birində təklif edə biləcəyimiz bir şey var”.