Ankara Bakıya görə İrəvanla danışıqları təxirə saldı

Ankara Bakıya görə İrəvanla danışıqları təxirə saldı

Sentyabrın 14-də sərhəddə Türkiyə və Ermənistanın müvafiq idarələrinin nümayəndələri arasında iki siyasi sazişin icrasını müzakirə etmək üçün görüş keçirilməli idi. Lakin həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə Türkiyə tərəfinin istəyi ilə görüş təxirə salındı.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.

O Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə sonuncu görüşünün iyulun 14-də keçirildiyini xatırladıb:

“Görüşün hansı müddətə qədər təxirə salındığı barədə dəqiq tarix yoxdur”.

Teqlər: