Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir.

AzerTimes AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, reysin sərnişinləri Əsənboğa Beynəlxalq Hava Limanına yaxın oteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Əlavə suallar yarandıqda, sərnişinlər bu elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.

Teqlər: