27 sentyabr – Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ağacəkmə aksiyası keçirilib.
Trend xəbər verir ki, aksiya çərçivəsində 14 növdə ümumilikdə 58 min 109 ağac əkilib ki, onlardan da 18 min 607-si Eldar şamı, 3 min 576-sı çinar, 4 min 339-u zeytun, 10 min 805-i sərv, 1551-i söyüd, 5 min 502-si göyrüş, 1564-ü qaraağac, 658-i qovaq, 5 min 405-i meyvə və 6 min 102-si isə tuya ağaclarıdır.
Aksiya çərçivəsində 6 min 950 ağac Bakı şəhərində, 51 min 159 ağac isə digər şəhər və rayonlarımızda əkilib.
Anım Günündə keçirilən aksiyaya 2 min 825-i Bakı şəhərində, 29 min 228-i isə digər şəhər və rayonlarda olmaqla, ümumilikdə 32 min 53 insan qoşulub.