“Anglo Asian Mining” Azərbaycanda yeni yataqda hasilata başlayacaq

Xəbər - Fidan Babayeva – Trend:

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti 2021-ci ilin sonu və ya 2022-ci ilin əvvəlində yeni, “Avşanclı” yatağında qiymətli metalların hasilatına başlayacaq.

AzerTimes bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, hasilat kiçik “Avşanclı-1” yatağından başlayacaq:

“Proses bu ilin sonunda və ya gələn ilin əvvəlində başlaya bilər. Uzunmüdətli perspektivdə “Avşanclı” yatağının mərkəzi hissəsində (Avşanclı-1) hasilatı yerüstü üsulla həyata keçirmək olacaq”

Şirkətdən bildiriblər ki, “Avşanclı” Gədəbəy açıq karxanasından 10,5 kilometr şimal-şərqdə yerləşən bacib mineral rayonudur. Bu qızıl-mis yatağı üç sahəyə ayrılıb: “Avşanclı-1”, “Avşanclı-2” və “Avşanclı-3”


(Tərcümə: Orxan Nəbiyev)