Angela Merkel İranı nüvə məsələsi ilə bağlı danışıqlara qayıtmağa çağırıb

Berlin hesab edir ki, İran nüvə məsələsi üzrə danışıqlara qayıtmalıdır.

AzerTimes-ın məlumatına görə, bu barədə Almaniya kansleri Angela Merkel “G20” zirvə görüşünun bu günkü iclasından sonra bildirib.


Kansler qeyd edib: “Biz, əlbəttə ki, İranın danışıqlara qayıtmasına inanırıq. Zaman daralır və İranda (uranın) zənginləşdirilməsi davam edir. Bu, bizi çox narahat edir”.