Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin-in yaratdığı Essential Phone smartfonunun ilk foto və məlumatları təqdim olundu.
Qeyd etmək lazımdır ki, sözügedən smartfon, Andy Rubin-in “Essential” şirkəti tərəfindən yaradılıb. Android əməliyyat sistemi vasitəsilə çalışan yeni smartfonun korpusu titan və keramikadan hazırlanmışdır. O, demək olar ki, çərçivəsiz ekrana sahibdir.
Essential Phone, 5.7 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş, 3040 mAh enerji tutumlu batareya, 13 MP-lik ikili arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub.
Smartfonun arxa paneli sanki şüşədən hazırlanmışa oxşasa da, əslində o keramikadan ibarətdir. Smartfonun ekranını isə 5-ci nəsil Gorilla Glass şüşəsi qoruyur. Bundan əlavə olaraq Essential Phone üçün iki ədəd ayrıca cihaz da təqdim olunub. Onlardan biri 360 dərəcəlik kamera, digəri isə enerji yığmaq üçün nəzərdə tutulmuş enerji stansiyasıdır.
Qeyd etmək lazımdır ki, sözügedən smartfon, 3.5 mm-lik standart audiogirişdən məhrumdur. Çox güman ki, onu xüsusi keçidli naqil əvəz edəcək.
Essential Phone ilk öncə ABŞ bazarında satışa çıxacaq. Onun qiyməti isə 700 ABŞ dolları təşkil edəcək.