Andrey Rudenko və Polad Bülbüloğlu Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasını müzakirə edib

Aprelin 15-də Rusiya xarici işlər nazirinin müavini Andrey
Rudenko Azərbaycanın Rusiyadakı səfir Polad Bülbüloğlunu qəbul
edib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya XİN bildirib.

Qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlərin inkişafı,
xüsusilə, iki ölkə arasında 22 fevral 2022-ci il tarixli
Müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə bəyannamənin müddəalarının
icrası kontekstində münasibətlərin inkişafı müzakirə olunub.

Tərəflər, həmçinin, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr
2021-ci il üçtərəfli razılaşmalarının praktiki reallaşdırılması ilə
əlaqədar aspektlərə diqqət çəkiblər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: