Məşhur teleaparıcı Andrey Malaxov Rusiyadan getməsi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
AzerTimes xəbər verir ki, o, Teleqram kanalında yayımladığı açıqlamada ölkədən getmədiyini bildirib.
“Gözləməyin!” – deyə aparıcı bildirib.
Qeyd edək ki, yayılan məlumatlarda A.Malaxovun Baltikyanı ölkələrdən birinə getdiyi və yaxın zamanda Rusiyaya qayıtmayacağı deyilirdi.