Andrea Pirlo Çelsi’yə keçir

Andrea Pirlo Çelsi’yə keçir

Əfsanəvi italiyalı futbolçu Andrea Pirlo “Çelsi”yə keçməyə hazırlaşır. İtaliya millisinin sabiq üzvü futbolçu yox, məşqçi kimi İngiltərə nəhəngində çalışacaq.

Hazırda “Nyu-York Siti” klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi “zadəganlar”ın baş məşqçisi Antonio Kontedən təklif alıb. Konte həmyerlisinin onun köməkçisi kimi fəaliyyət göstərməsini istəyir. “Nyu-York Siti” ilə müqavilə müddəti bu ilin dekabrına qədər olan Pirlo artıq yayda Londona köçə bilər. Futbolçu bunun üçün ABŞ klubu ilə sağollaşmaq niyyətindədi. Ulduz futbolçu klubunun razılığını ala bilsə, gələn mövsümdən “Çelsi”nin məşqçisi kimi çalışacaq.

Qeyd edək ki, Andrea Pirlo 2011-2014-cü illərdə “Yuventus”da Antonio Kontenin rəhbərliyi altında çıxış edib.