Ancelina və Bred barışdı

Ancelina və Bred barışdı

Hollivud ulduzu Ancelina Colinin keçmiş həyat yoldaşı Bred Pitə qarşı hirsi və qəzəbi azalıb.

Cütlüyün barışdığını sübuta yetirən bir sıra maraqlı faktlar qərb mediasında işıq üzü görüb. Məlum olub ki, Brancelina cütlüyü birləşib və 6 uşağı ilə birlikdə səyahətə yollanıb. Hadisə Ancelinanın “Əvvəlcə onlar mənim atamı öldürüb” filmini Kambocada təqdim edərkən baş verib. Pittin ailəsini yenidən bərpa etmək üçün bu adımı atdığı deyilir.

Xəbərdə deyilir ki, Coli təqdimat mərasimində olarkən uşaqlar ataları ilə birlikdə istirahət edib.

Digər mənbə isə aktyorların yenidən bir araya gələcəyini yazıb. Belə ki, Coli son müsahibələrinin birində keçmiş həyat yoldaşından danışarkən, onu “Bred çox yaxşı atadır” sözlərini işlədib.