Hollivud aktrisası Ancelina Coli iranlı qadınların etirazlarını açıq şəkildə dəstəkləyib.
AzerTimes xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Qadınların əxlaqının, ağlının və ya bədəninin idarə olunmasına ehtiyacı yoxdur. Onların zorakılıq və təhdidlərdən azad yaşamaq və nəfəs almaq azadlığına ehtiyacı var”, – aktrisa yazıb.
Qeyd edək ki, İranda əxlaq polisinin hicaba görə Məhsa Əminini qətlə yetirməsinə etiraz aksiyaları keçirir.