Avropa ölkələri “Patriot” sistemlərini ehtiyatdan çıxarıb Kiyevə göndərməlidir.
AzerTimes xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
“Biz yalnız ABŞ-a arxalana bilmərik, həm də məsuliyyəti öz üzərimizə götürməliyik. Bizdə “Patriot” var, raket əleyhinə müdafiə sistemlərimiz var, onları anbarlarımızdan çıxarıb müharibənin gücləndiyi Ukraynaya göndərməliyik. Bunu tez edin”, – Borrell bildirib.