Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, Eşlən Bayramov rayonun Sərkar kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərədə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq oradan, ümumi dəyəri 3000 manat olan, müxtəlif elektrik avadanlıqlarını oğurlayıb.
Oğurladığı əşyaları 200 manata satdığını etiraf edən E. Bayramov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fatla bağlı araşdırmalar davam etdirilir.