Anasını və bacısını öldürən şəxsə hökm oxundu

Anasını və bacısını öldürən şəxsə hökm oxundu

Anasını və bacısını qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadəyə hökm oxunub və o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

AzerTimes xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə elan edib.

Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

İttiham aktına əsasən, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.

Hadisədən sonra M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

Teqlər: