Anasını öldürməyə cəhd edən şəxs məhkəməyə çıxarıldı

Anasını öldürməyə cəhd edən şəxs məhkəməyə çıxarıldı

Abşeron rayonunda anasına çoxsaylı bıçaq zərbələri vuran şəxs hakim qarşısına çıxarılıb.

Binəqədi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında anasını öldürməyə cəhd edən Nazim Nağıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

İş üzrə istintaq davam etdirilir.

Hadisə bu ilin yanvarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində yaşayan 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyeva ilə oğlu arasına baş verib.

Hadisənin Səlmirə Nəqiyevanın oğlu 1996-cı il təvəllüdlü Nazim Nağıyev tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində törədildiyi məlum olub.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin mülk üstündə törədilməsi ilkin versiyadır.