Anasını öldürməyə cəhd edən oğulun istintaqı yekunlaşıb

17 oktyabr 2021-ci il tarixdə paytaxtın Nərimanov rayonu
ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər
yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Nərimanov rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu,
1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın
qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı
Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən
öldürməyə cəhd edib.

Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə
cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Teqlər: