Laçın Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.
AzerTimes İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, doktor Anar Salahzadə Laçın Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə Nəzarətin İdarədedilməsi Komitəsinin rəhbəri vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər Tərtər Rayon Mərkəzi Xəstəxanasının Statistika bölməsinin rəhbəri vəzifəsində çalışırdı.