Anar Bayramov özünə yeni müşavir təyin etdi – Foto

Anar Bayramov özünə yeni müşavir təyin etdi – Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova yeni müşavir təyin olunub.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Bahadur Rzayev gətirilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Bahadur Rzayev 7 ay əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri vəzifəsindən azad olunaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti sədrinin müşaviri təyin olunmuşdu.

Teqlər: