Anar Bağırov bununla məşğuldur, Təbrizə zəng edib

Anar Bağırov bununla məşğuldur, Təbrizə zəng edib

Fəridin müdafiəsi təşkil olunacaq. Vəkil məsələsi həll olunmaq üzrədir.

Bu sözləri AzerTimes-a İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

O deyib ki, vəkilin kimliyi haqqında heç bir məlumatı yoxdur:

“Təbrizdəki Vəkillər Kolleqiyasının sədri ilə danışmışam. O dedi ki, bizim kollegiyanın rəhbəri Anar Bağırov və konsulluq əməkdaşları onunla danışıb. Vəkil işi ilə bağlı məsələni birgə müzakirə ediblər. Hətta müəyyən vəkillə də danışıq aparıblar. Amma mənə adını deməyiblər. Bildirdilər ki, Fəridin müdafiəsi təşkil olunacaq”.

Dilarə Əsgərovanın sözlərinə görə, konsulluq Fəridlə əlaqə saxlayaraq, onun vəziyyəti ilə maraqlanıb:

“Mən oğlumla cəmi iki dəfə danışmışam. Sonuncu danışığımız iki-üç həftə əvvəl olub. Sonra əlaqəmiz olmayıb. İki gün əvvəl Təbrizdəki konsulumuz özü mənə zəng etmişdi və Fəridlə danışdığını dedi. Onun sözlərinə görə, oğlum özünü yaxşı hiss edir. Vəziyyəti normaldır”.

Teqlər: