Anar AYB-ni məhv olmaqdan qorudu

Anar AYB-ni məhv olmaqdan qorudu

30 illik müddət ərzində xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyini faktiki olaraq dağılmaqdan xilas edib.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayında hazırkı AYB sədri Anar Rzayevin yenidən namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.

Deputatın fikrincə, hazırkı AYB sədrinə alternativ namizədlərin olması gözləniləndir:

“Təbii ki, bu normal haldır. Anarın alternativi yoxdur. Ona görə ki, o, 30 ildən çox AYB-ni faktiki olaraq dağılmaqdan xilas edib. O dövrdə Yazıçılar Birliyi faktiki olaraq dağılmaq üzrə idi. Söhbət 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən gedir. Sonra Ümummilli liderimiz gəldi və proses başa çatdı. Anarın sədrliyindən narazı olanlar ola bilər, amma onların narazılığının heç bir məntiqi əsası yoxdur”.

Teqlər: