Tanınmış stilist Anar Ağakişiyev bundan sonra Kanal S televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq.
AzerTimes Olay.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən telekanal məlumat yayıb.
Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhfəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq.
Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub.