Dövlət Komitəsi məsələ ilə bağlı dərhal qızın anası ilə əlaqə saxlayıb. Hazırda heç bir problem yoxdur. Komitə məsələni nəzarətdə saxlayacaq.
Bu sözləri AzerTimes-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Məmmədov Bakıda ananın 16 yaşlı qızını evdən qovması məsələsinə aydınlıq gətirərkən deyib.
“Ana həmin qəsəbədə yaşayır. Həyat yoldaşından boşanıb. Qızın təhsil aldığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbinin direktoru ilə əlaqə saxladıq. Uşağın anası dərhal məktəbə dəvət edilib. Hazırda qız anası ilə birlikdə yaşayır və təhsilini davam etdirir”, – Məmmədov bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anasının evdən qovması və müxtəlif ünvanlarda gecələməli olduğu barədə məlumatlar yayılmışdı.