2021-ci il 21 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət birgə yığıncaq keçirilib. Yığıncaqda İctimai Şuranın Komissiya üzvləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak edib.
AzerTimes xəbər verir ki, səsvermədə qeydiyyatdan keçən 103 vətəndaş cəmiyyəti institutu nümayəndəsindən 89 seçici iştirak edib, 2 bülleten komissiya üzvləri tərəfindən etibarsız sayılıb. Nəticədə İctimai şuraya qeydiyyatdan keçmiş 9 vətəndaş cəmiyyəti təmsilçisindən 7 üzv seçilib.
Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə, minadanzərəçəkənlərə yardım, tədqiqat və maarifləndirmə, minadanzərəçəkənlərin hüquqlarının qorunması, mina qurbanlarının sosial reabilitasiyası sahəsində müvafiq təcrübəyə malikdirlər.
ANAMA yanında İctimai Şuraya üzv seçilmiş namizədlər |
||
S/n |
Adı |
Təmsil olunduğu vətəndaş cəmiyyəti |
1 |
Cəfərov Nadir Həbib oğlu |
“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin Direktoru |
2 |
Həsənov Emil Möhtəbər oğlu |
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü |
3 |
Həsənov Məmmədhəsən Murad oğlu |
Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin sədri |
4 |
İbrahimov Şahin Xanməmməd oğlu |
“Dayaq” Qeyri Hökumət Humanitar Yardım Təşkilatının sədri |
5 |
Qasımov Rey Kərim oğlu |
Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının sədri |
6 |
Mirzəyev Umud Rəhim oğlu |
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti |
7 |
Səfixanov Hafiz Mərkəz oğlu |
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin Sədri |