ANAMA vətəndaşlara müraciət etdi

ANAMA vətəndaşlara müraciət etdi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara müraciət edib.

Agentlikdən AzerTimes-a daxil olan müraciətdə deyilir:

“ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır”.

Qeyd edək ki, avqustun 2-də Füzuli rayonu ərazisində mina partlaması nəticəsində yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu, 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rövşən Ruslan oğlu xəsarət alıblar.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub, 117 hərbi qulluqçu və 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Teqlər: