ANAMA tərəfindən 5 917 ha ərazi minalardan təmizlənib

28 oktyabr tarixinədək ANAMA tərəfindən 5 917 ha ərazi minalardan təmizlənib.

Trend xəbər verir ki, bu barədə Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclasında məlumat verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı (2020-ci il 10 noyabr tarixindən 28 oktyabr tarixinədək 5 917 ha ərazi təmizlənmiş, 26 931 ədəd mina və PHS aşkar edilmiş, carı ilin oktyabr ayı ərzində isə 381.13 ha ərazi təmizlənmiş, 1 846 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir) barədə məlumat təqdim edilib.

Azərenerji ASC-nin sifarişi əsasında Ağdam elektrik xətti və Qubadlı rayonu ərazisində əkin sahəsi tam təmizlənib və iki layihə üzrə ümumi sahəsi 1 020 ha təşkil edən ərazi aidiyyəti üzrə təhvil verilib. Həmçinin, FHN-nin 5 baş minaaxtaran itləri ANAMA tərəfindən akkreditasiyadan keçirilərək təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən Ağdam və Füzuli rayonları istiqamətində cari ilin 28 oktyabr tarixinədək ümumilikdə 1 161 632 kv.m ərazi təmizlənmiş və 3490 ədəd mina və partlamamış hərbi sursat aşkar edilmişdir. Ərazilərin minalardan təmizlənməsi işinə 33 nəfər FHN minaaxtaranı cəlb edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən oktyabr ayı ərzində 25 ha ərazi təmizlənmiş, 40 ədəd mina və partlamamış hərbi sursat (noyabr 2020-ci ildən 28 oktyabr tarixinədək 312 ha ərazi təmizlənmiş, 3058 ədəd mina və PHS) aşkar edilərək zərərsizləşdirilmişdir.

Teqlər: