ANAMA əməkdaşı mina partlayışında ciddi xəsarətlər almayıb – Agentlik

Xəbər - Elçin Mehdiyev – Trend:

ANAMA əməkdaşı Fərid Əliyev mina partlayışı zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AzerTimes-a verilən məlumata görə, o, hazırda tibbi müayinədən keçirilir.

ANAMA vətəndaşları işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırıb:

“İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızdan həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq.


Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Twitter: @ElchinMehdiyev

Teqlər: