ANAMA əməkdaşı Gəncə xəstəxanasına yerləşdirildi

ANAMA əməkdaşı Gəncə xəstəxanasına yerləşdirildi

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından AzerTimes-a bildirilib ki, xəsarət alan şəxsə bütün zəruri ilkin tibbi dəstək göstərilib və Gəncə klinik xəstəxanasına təxliyə olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: