Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.