ANAMA-dan minaya düşən əməkdaşları ilə bağlı – Açıqlama

ANAMA-dan minaya düşən əməkdaşları ilə bağlı – Açıqlama

Mina hadisəsindən sonra profilaktik müayinədən keçirilən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları evə buraxılıb.

Bu barədə AzerTimes-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan bir neçə ANAMA əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilib, onlara psixoloji dəstək göstərilib.

Belə ki, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən Ələsgər Asif oğlu Quliyev və Fərid Zakir oğlu Cəbrayıllı, eləcə də Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Mahir Hüsaməddin oğlu Mustafayev və Samir Arif oğlu Gözəlov bütün zəruri tibbi müayinələrdən keçirilərək evə buraxılıblar. Həkim nəzarətindən keçən hər bir əməkdaşın vəziyyəti qənaətbəxşdir.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən əməkdaşların sağlıq vəziyyəti hər zaman ANAMA-nın diqqət mərkəzindədir.

Teqlər: