Türkiyənin Anadolu Agentliyinin müxbiri Burak Milli və onun ailə üzvləri bu ölkənin Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, Burak Milli (31), onun həyat yoldaşı Ayşen Milli (30) və 5 aylıq qızları Eylül Lina Hatayın cənubundakı İsgəndərun şəhərində yerləşən binanın dağıntıları altında qalıblar.
Xilasedicilər jurnalistin və onun ailə üzvlərinin meyitlərini dağıntılar arasından yalnız bu gün çıxara biliblər.