“Türk Hava Yolları” aviaşirkətinin törəmə müəssisəsi “Anadolujet” büdcə aviaşirkəti iyunun 20-dən başlayaraq Antalya-Bakı-Antalya marşrutu üzrə çarter reysləri həyata keçirəcək.
AzerTimes-ın məlumatına görə “Anadolujet” beynəlxalq uçuşlar şəbəkəsini böyüdür.
Qeyd edək ki, iyunun 20-dən etibarən Antalya və Bakı arasında reyslər həftənin çərşəmbə axşamı və bazar günləri baş tutacaq.
Sərnişinlər 31 mart 2022-ci ilə qədər əldə edilən biletləri hər hansı bir cərimə tətbiq olunmadan dəyişmək hüququ əldə edir.