Xəbər - Fərid Zöhrabov -Trend:
Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən
Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd orta məktəbinin
direktoru vəzifəsində çalışıb.
Bu barədə Trend-in
sorğusuna cavab olaraq Saatlı Rayon Təhsil Şöbəsindən məlumat
verilib.
“Qətli törədən şəxs 2015-ci ilə qədər məktəb direktoru
vəzifəsində çalışıb. Direktor vəzifəsindən azad edildikdən sonra
Sabirabad rayonunda yaşayırdı”, – məlumatda deyilir.
Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami
rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə
yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd
Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv
əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Twitter:@FaridZohrabov